“Azəriqaz” on ayda 271 yaşayış məntəqəsini qazlaşdırıb

“Azəriqaz” on ayda 271 yaşayış məntəqəsini qazlaşdırıb
18:13 13 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-oktyabr aylarında 271 yaşayış məntəqəsi qazlaşdırılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz” tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən işlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur.
İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə birlik tərəfindən bu ilin yanvar-oktyabr aylarında 10 min 534 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün isə 473 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-oktyabr aylarında respublikanın 271 yaşayış məntəqəsi qazlaşdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azeriqaz_on_ayda_271_yasayis_menteqesini_qazlasdirib-901846

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR