Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar

Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
18:18 13 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Balakən, 13 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasında uşaqların müdafiəsi, onların hüquq və azadlıqlarının təmin edilməsi, rifahının yaxşılaşdırılması dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər “Uşaq hüquqları aylığı” çərçivəsində noyabrın 13-də Balakən şəhərindəki Gənclər evində keçirilən tədbirdə səsləndirilib.
Rayon icra hakimiyyətinin müvafiq komissiyasının, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.
Tədbirdə ölkəmizdə, o cümlədən Balakən rayonunda uşaq hüquqlarının qorunması və təşviqi sahəsində görülmüş işlərdən ətraflı bəhs edilib. Bildirilib ki, bu sahədə həyata keçirilən maarifləndirici tədbirlər uşaq hüquqlarının effektiv təmini və təbliğinə xidmət edir. Bu gün ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox böyük işlər görülür. Uşaqlara dövlət qayğısı artırılır, yetkinlik yaşına çatmayan, səhhətində problemlər olan, eləcə də məcburi köçkün ailələrindən olan uşaqlara böyük diqqət və qayğı göstərilir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olkemizde_usaqlar_yuksek_dovlet_qaygisi_ile_ehate_olunublar-901842

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR