Belaruslu alim Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda olub

Belaruslu alim Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda olub
18:18 13 Noyabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi, akademik Aleksandr Kilçevski Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, institutun direktoru, akademik İradə Hüseynova yeni yaranan elm müəssisəsi, onun strukturu, burada aparılan elmi-tədqiqat işləri və əldə olunan uğurlar, hazırlanan kadr potensialı barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaranması və əsaslı inkişafı akademik Cəlal Əliyevin adı ilə bağlıdır.
Sonra A.Kilçevski bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində fəaliyyət göstərən laboratoriyalarla yaxından tanış olub, əməkdaşlarla görüşüb. Qonağa laboratoriyaların fəaliyyəti barədə məlumat verilib. A.Kilçevski kadr potensialını və çap məhsullarını yüksək qiymətləndirib.
Rusiyalı alim institutda keçirilən seminarda “Belarusda genom biotexnologiyasının inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə genom biotexnologiyasının fundamental əsası olan genomikanın müxtəlif istiqamətlərindən - seleksiya, tibb, farmakologiya, idman və ətraf mühitin qorunmasından bəhs edilib.
Görüşdə gələcəkdə Molekulyar Biologiya və Biotexnologiya İnstitutu ilə uyğun elmi istiqamətlər üzrə birgə layihələrin hazırlanması və həyata keçirilməsi barədə müzakirələr aparılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belaruslu_alim_Molekulyar_Biologiya_ve_Biotexnologiya_Institutunda_olub-901840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR