Məcburi vergi yığımından könüllü vergi ödəmələrinə keçid prosesində qadınların rolu müzakirə olunub

Məcburi vergi yığımından könüllü vergi ödəmələrinə keçid prosesində qadınların rolu müzakirə olunub
18:23 13 Noyabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 13 noyabr, AZƏRTAC
“Müasir Qadın və Cəmiyyət” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gender və vergi mədəniyyəti” layihəsi çərçivəsində İsmayıllıda növbəti görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, fəal gənclərin dəvət olunduqları tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, 10 saylı Vergilər İdarəsinin baş hüquqşunası Elman Qafarov, İctimai Birliyin sədri Fidan Maqsudova və başqaları iştirak ediblər. Vurğulanıb ki, “Gender və vergi mədəniyyəti” layihəsi “Vergi dostları” şəbəkəsinin genişləndirilməsinə dəstək olmağı və bu istiqamətdə qadınların potensialından, qüvvəsindən daha yaxşı faydalanmağı nəzərdə tutur. Əsas hədəf məcburi vergi yığımından könüllü vergi ödəmələrinə keçid prosesinin həyata keçirilməsində, vergi mədəniyyətinin aşılanması işində qadınların rolunu artırmaqdan, bu sahədə onların maarifləndirilməsindən ibarətdir.
Dialoq və diskussiya şəraitində keçirilən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mecburi_vergi_yigimindan_konullu_vergi_odemelerine_kechid_prosesinde_qadinlarin_rolu_muzakire_olunub-901858

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR