"Başlayıram güzgü qabağında öz-özümə oynamağa"

"Başlayıram güzgü qabağında öz-özümə oynamağa"
18:27 13 Noyabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Aktyor Müşviq Şahverdiyev özü ilə bağlı maraqlı etiraflar edib. 

Axşam.az-ın məlumatına görə, aktyor "Yeri gəlmişkən" verilişində altıncı hissinin güclü olduğunu bildirib:

"Altıncı hissim güclüdür. Başıma gələcək hər bir hadisəni əvvəlcədən hiss edirəm. Hətta evə gedəndə yolda düşünürəm ki, "Ürəyim bu yeməyi istəyir, evə gedim ki, anam bişirib". Həqiqətən də, evə çatanda görürəm ki, anam o yeməyi hazırlayıb. Hər şeyə qarşı beləyəm.

Kimsə harasa dəvət edir. Hiss edirəm ki, orada qanım qaralacaq. Həqiqətən də, elə olub. Getmişəm 1 nəfər pis danışıb, peşman olmuşam. Bəzən səhər oyanıram ki, sevinirəm. Başlayıram güzgü qabağında öz-özümə oynamağa. Hiss edirəm ki, kimsə yığıb şad xəbər deyəcək. Bunlara baxmayaraq, çox vaxt hisslərimlə davranmıram. Belə edəndə də həmişə peşman oluram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/382259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR