"BakıKart"larda müəyyən dəyişikliklər ediləcək

"BakıKart"larda müəyyən dəyişikliklər ediləcək
18:32 13 Noyabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

"BakıKart"larda müəyyən dəyişikliklər ediləcək. Bununla bağlı bəzi işlərin həyata keçirilməsi planlaşdırılır.

Bu barədə Milli.Az-a açıqlamasında "BakıKart" layihəsinin rəhbəri Ceyhun Əliyev deyib.

Onun sözlərinə görə, dəyişiklik nəqliyyat kartlarının texnoloji xüsusiyyətləri, kartın funksional imkanları və digər məsələlərlə bağlı olacaq: "Yeniliklərlə əlaqədar ictimaiyyətə əlavə şəkildə geniş məlumat veriləcək".

"BakıKart"ın tətbiqi sahələrinin genişləndirilməsi ilə bağlı məsələyə gəlincə, layihə rəhbəri hələlik bu barədə məlumat vermək istəmədiyini bildirib.

Qeyd edək ki, "BakıKart" nəqliyyat kartları hələlik yalnız Bakı Metropolitenində və "BakuBus" avtobuslarında gediş haqqının ödənilməsi üçün istifadə edilir.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/382234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR