Tələbələr “Çin dili körpüsü” yarışında uğur qazanıblar

Tələbələr “Çin dili körpüsü” yarışında uğur qazanıblar
18:33 13 Noyabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Çinin Yunnan əyalətinin Kunming şəhərində dünya məktəblilərinin səkkizinci “Çin dili körpüsü” yarışı keçirilib. Bakı Dövlət Universitetinin (BDU) nəzdində Konfutsi İnstitutunun tələbələri müsabiqədə iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, yarışdan əvvəl iştirakçılar Böyük Çin səddi, Qadağan olunmuş şəhəri ziyarət edib, Konfutsi İnstitutunun baş qərargahında olublar.
Ümumilikdə 81 ölkədən 400-dən çox iştirakçı, eyni zamanda, qrup rəhbərləri və müəllimlərin qatıldıqları turnir Çin yazısı və mədəniyyəti biliyi, natiqlik nümayişi və Çin istedad yarışı olmaqla üç hissədə təşkil edilib. Yarışda BDU nəzdində Konfutsi İnstitutunun iki tələbəsi “Qalib” mükafatı və Çində yarımillik təqaüd proqramı qazanıblar. İnternet vasitəsilə səsvermə nəticəsində tələbələrimiz fəal iştiraka görə Asiya üzrə ikinci və bütün dünya üzrə səkkizinci yerə layiq görülüblər.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Telebeler_CHin_dili_korpusu_yarisinda_ugur_qazaniblar-901865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR