x
Loading...
.

Sumqayıtda yararsız vəziyyətdə olan liftlər yenilənir

18:33 13 Noyabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+
.


Sumqayıt, 13 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərindəki 594 liftdən 200-ü yararsız vəziyyətdədir. Hazırda bu liftlərin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, artıq 13-cü mikrorayonda 6 saylı binada 3 liftin dəyişdirilməsi başa çatdırılıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin bu il oktyabrın 13-də imzaladığı Sərəncama əsasən, şəhərin lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız daha 76 liftin yeniləri ilə əvəz edilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 3,7 milyon manat ayrılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_yararsiz_veziyyetde_olan_liftler_yenilenir-901864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR