"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilidi

"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilidi
18:34 13 Noyabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

 

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanununa dəyişikliklər edilməsi ilə bağlı sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən dəyişiklik bunlardır:

 

“1. İkinci fəslin adına “təmin edilməsi” sözlərindən sonra “və avtomobil yollarından istifadə edilməsi” sözləri əlavə edilsin.

2. 11-ci maddə üzrə:

2.1. IV hissədə:

2.1.1. 1-ci bəndə “örtüyü təkmilləşdirilmiş yollarda” sözlərindən sonra “avtomobil yollarını korlayan konstruksiya elementləri olan,” sözləri və mötərizədən sonra “, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkəti” sözləri əlavə edilsin;

2.1.2. 3-cü, 4-cü, 6-cı, 8-ci və 10-cu bəndlər aşağıdakı redaksiyada verilsin:

“3) yolların hərəkət hissəsinə yanacaq-sürtgü materialları, kimyəvi maddələr, bitum və beton axıdılması, habelə daş, çınqıl, qum və ot tökülməsi, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılması;

4) avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi;

6) avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi;

8) avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olmaqla, torpağın şumlanması, çimin çıxarılması və qruntun götürülməsi, oradakı otların biçilməsi, ağacların və digər yaşıllığın qırılması;

10) suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılması, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsi;”;

2.1.3. 11-ci bənd ləğv edilsin;

2.2. V hissədə:

2.2.1. 1-ci bəndə mötərizədən sonra “, yol hərəkətinin təhlükəsizliyinə mane olan şəraitin yaradılması və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənilməsi və ya boşaldılması” sözləri əlavə edilsin;

2.2.2. 2-ci bəndə “digər kommunikasiyaların çəkilməsi” sözlərindən sonra “, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsi” sözləri əlavə edilsin;

2.2.3. 4-cü bəndə “başqa üsullarla kəsilməsi” sözlərindən sonra “, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılması” sözləri əlavə edilsin;

2.2.4. 5-ci bənddə “təhkim zolağında” sözləri “avtomobil yollarında” sözləri ilə əvəz edilsin və həmin bəndə “qurulması” sözündən sonra “bu Qanunun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsinə, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsi” sözləri əlavə edilsin;

2.2.5. 8-ci bəndə “ticarət aparılması” sözlərindən sonra “, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsi, müvafiq icra hakimiyyəti orqanının xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsi” sözləri əlavə edilsin;

2.3. VI hissənin üçüncü cümləsinə “zərər dəydikdə,” sözlərindən sonra “yol örtüyü və yolun mühəndisi konstruksiyası zədələndikdə, avtomobil yoluna və ya yolda yerləşdirən qurğulara müdaxilə edildikdə,” sözləri əlavə edilsin”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR