Azərbaycan gənclərinin gimnastikaya marağı ildən-ilə artır

Azərbaycan gənclərinin gimnastikaya marağı ildən-ilə artır
18:38 13 Noyabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanda bədii gimnastika yüksək templə inkişaf edir və uşaqlar, gənclər ildən-ilə bu idman növü ilə daha çox məşğul olmaq istəyirlər. Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan yığmasının lideri Marina Durunda deyib.

Onun sözlərinə görə, ölkənin bölgələrində yeni (idman) seksiyalar açılır və bu, sevindirməyə bilməz: "Necə deyərlər, gözlərində ulduz olduğum bu gənclərə baxarkən daha çox çalışmaq və əmək sərf etmək istəyirsən. Bununla onlara göstərə bilərəm ki, əmək və səylə çox şeyə nail olmaq olar".

Gimnast, həmçinin Ştutqartda keçirilmiş dünya çempionatı və 2016-cı il olimpiadasına lisenziya qazanması ilə bağlı təəssüratlarını bölüşüb: "Biz Rio-de-Janeyro olimpiadasına lisenziya qazanmaq yolunda təqribən 3 il sərf etdik. Nəhayət, sentyabrda Ştutqartda dünya çempionatında uğurla çıxış etdim və Rioya lisenziya qazandım. Hesab edirəm ki, layiqincə çıxış etdim və ölkəni, məşqçini və Gimnastika Federasiyasının ümidlərini doğrultdum. Olimpiadada Azərbaycanı layiqincə təmsil etmək üçün bundan sonra da çalışacağam. Bu mənim üçün böyük fəxrdir".

M.Durunda qeyd edib ki, olimpiadada uğurla çıxış etmək üçün qarşıdakı turnirlərdə yaxşı nəticələr göstərmək lazımdır: "Qarşıda yeni mövsüm, yeni yarışlar, Dünya Kuboku, Avropa çempionatı var. Bu yarışların hamısı mənim üçün çox vacibdir. Hesab edirəm ki, olimpiada ərəfəsində arxayınlaşmaq olmaz. Olimpiadada mənə güvənə bilmələri üçün hər turnirdə tam güclə mübarizə aparmaq lazımdır".

Xatırladaq ki, M.Durunda Şturqartda keçirilmiş bədii gimnastika üzrə dünya çempionatında çoxnövçülüyün finalında altıncı yeri tutaraq Rio-2016-ya lisenziya qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2456088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR