x
Loading...

"Bank VTB" "Asan İmza" xidmətini tətbiq edib

"Bank VTB" "Asan İmza" xidmətini tətbiq edib
18:53 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

"Bank VTB" (Azərbaycan) öz daxili əməliyyat sistemində “Asan İmza” xidmətini tətbiq edib.

Bankdan Trend-ə verilən məlumata görə, bu, Azərbaycanın bank sektorunda ilk belə layihədir. Yenilik nəticəsində bankın elektron kargüzarlığı mobil elektron imzanı dəstəkləyəcək ki, bu da kredit təşkilatının daxilində qərarların qəbul olunması prosesini asanlaşdıracaq və bankın xərclərini azaldacaq.

“Asan İmza”nın tətbiqi həmçinin "VTB Azərbaycan"a öz filial şəbəkəsinin idarəolunmasını təkmilləşdirməyə və bütün əməliyyatların vahid elektron sənəd dövriyyəsi sisteminə birləşməsinə imkan verəcək.

“Asan İmza” mobil telefonu elektron şəxsiyyət vəsiqəsi və sənədlərin imzalanması aləti kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza”nın əsas üstünlüyü smart-kartın oxunması üçün əlavə cihaz və proqram təminatının tələb olunmamasıdır. Bu xidmətdən istifadə üçün mobil telefon və rəqəmsal autensifikasiya və imza açarlarının saxlanıldığı Sim-kart kifayət edir.

“Asan İmza” sistemində istifadə olunan autensifikasiya və elektron imza sertifikatı Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilir.

"Bank VTB" (Azərbaycan) ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB" (Azərbaycan) ASC-nin səhmdarları: "VTB Bank" ASC və “AtaHolding” ASC-dir. "Bank VTB" (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2456132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR