Samboçularımız dünya çempionatında iştirak edirlər

Samboçularımız dünya çempionatında iştirak edirlər
18:58 13 Noyabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Mərakeşdə sambo üzrə dünya çempionatı başlayıb.
AZƏRTAC xəbər verir ki, mundialda ölkəmizi 8 idmançı təmsil edir.
Baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında Nəsimi Umbayev, Mehman Xəlilov, Cavidan Qarayev, Emil Həsənov, Amil Qasımov və Nazir Əlisultanov mükafatlar uğrunda mübarizə aparırlar.
Daha iki idmançımız – Fərid Yusifov və Nizami Məmmədov isə döyüş sambosu yarışlarında iştirak edəcək.
Çempionata noyabrın 15-də yekun vurulacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sambochularimiz_dunya_chempionatinda_istirak_edirler-901884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR