x
Loading...
.

ADİU-da “Gənc bankir məktəbi”

ADİU-da “Gənc bankir məktəbi”
19:28 13 Noyabr 2015
80 Digər
Ölkə mətbuatı
A- A+
.


Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “İqtisadçı Gənclər Akademiyası” İctimai Birliyinin “Gənc bankir məktəbi” layihəsinin təqdimatı olub.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə İctimai Birliyin sədri Hidayət Kərimov tələbələr üçün təcrübə qazanmağın və praktik biliklər əldə etməyin ən əlverişli yollarından birinin müxtəlif təcrübə proqramlarına qoşulmaq olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu baxımdan “Gənc bankir məktəbi”nin yaranmasına ehtiyac duyduq.
“Əmrahbank” ASC-nin filial direktoru Ramin Bayramov tələbələrə layihə haqqında məlumat verib. Bildirilib ki, layihə müddətində bank sahəsinə aid təlimlər təşkil olunacaq. Daha sonra iştirakçılar komandalara bölünərək, müxtəlif ölkələrin bank sistemini araşdırıb hazırladıqları layihələri münsiflər heyətinə təqdim edəcəklər. Qalib komandanın üzvləri “Əmrahbank”da təcrübə proqramı əldə edəcəklər.
Digər çıxış edənlər də “Gənc bankir məktəbi” layihəsinin tələbələrə gələcəkdə uğurlu karyera qurmaqda kömək göstərəcəyini bildiriblər.
Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADIU_da_Genc_bankir_mektebi-901916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR