İngilis hücumçu "Real" və "Barselona"nı üz-üzə gətirdi

İngilis hücumçu "Real" və "Barselona"nı üz-üzə gətirdi
19:47 13 Noyabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

"Leicester City"nin hücumçusu Ceymi Vardi cari mövsümdə Premyer Liqada qollarını sıralamaqla bir sıra klubların diqqət mərkəzinə düşüb.

Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, ingilis forvard "Barselona" və "Real Madrid"in maraq dairəsinə düşüb. Hər iki klubun nümayəndələri İspaniya - İngiltərə matçında onun oyununu izləmək niyyətində idi. Amma Vardinin zədə səbəbindən bu qarşılaşmada iştirak etməyəcəyi barədə xəbər La Liqa nəhənglərnin planını pozub.

Qeyd edək ki, Vardi 2012-ci ildən "Leicester"də çıxış edir. O, bu mövsüm 9 ardıcıl oyunda fərqlənən ilk ingilis futbolçu kimi Premyer Liqanın tarixinə düşüb. Vardi İngiltərə millisində 4 oyun keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/382255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR