MSK o dairədə bir məntəqənin nəticələrini ləğv etdi

MSK o dairədə bir məntəqənin nəticələrini ləğv etdi
19:59 13 Noyabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Noyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, əvvəlcə Komissiyanın 2015-ci il 11 noyabr tarixli iclasının protokolu təsdiq edilib.

 

Sonra iclasda 2015-ci il noyabrın 1-də beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və aidiyyəti normativ-hüquqi aktlara uyğun olaraq, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli və obyektiv araşdırılmış müraciətlər Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul edilib.

 

Aparılan müzakirələr nəticəsində 79 saylı İmişli seçki dairəsinin 38 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması qərara alınıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR