“Vətəndaşların müraciətləri haqqında” Qanun müraciətlərə baxılmasının əsas prinsiplərini müəyyənləşdirir

20:08 13 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu qanun Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyənləşdirir. Qanuna əsasən vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.
Qanunda vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri müəyyənləşdirilir. Bu prinsiplərə qanunçuluq, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlər daxildir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vetendaslarin_muracietleri_haqqinda_Qanun_muracietlere_baxilmasinin_esas_prinsiplerini_mueyyenlesdirir-901937

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR