Tarix Muzeyində uşaq rəsmlərinin sərgisi olacaq

Tarix Muzeyində uşaq rəsmlərinin sərgisi olacaq
20:31 13 Noyabr 2015
26 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində uşaq rəsmlərinin sərgisi keçiriləcək.

Axşam.az-ın Report-a istinadən məlumatına əsasən, Prezident yanında Bilik Fondunun və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində noyabrın 17-də "Çiçəklər" adlı uşaq rəsmləri sərgisi keçiriləcək.

Sərgidə Dövlət Uşaq Flarmoniyası və Hövsan Mədəniyyət evinin rəsm dərnəyinin üzvləri olan 16 gənc rəssamın 67 əsəri nümayiş olunacaq. Sərginin kuratoru rəssam Gilan Əzizxanlıdır.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR