Bakıda “Osmanlı mədəniyyətində Kərbəla matəmi” adlı tədbir keçirilib

Bakıda “Osmanlı mədəniyyətində Kərbəla matəmi” adlı tədbir keçirilib
20:38 13 Noyabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, Ceyhun Alışlı, AZƏRTAC
Noyabrın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Türkiyənin Bakıdakı səfirliyinin və Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Osmanlı mədəniyyətində Kərbəla matəmi” adlı konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Kərbəla hadisələrini yad etmək və bu barədə məlumatları tamaşaçılarla bölüşmək məqsədilə keçirilib. Əvvəlcə qonaqlar Kərbəla hadisələrini əks etdirən 40-dək fotodan ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Yunus Əmrə İnstitutunun rektoru Həyati Dəvəli və institutun Bakı filialının direktoru İbrahim Yıldırım çıxış edərək Yunus Əmrə İnstitutunun Azərbaycanda həyata keçirdiyi bir sıra ortaq layihələrdən söz açıblar. Daha sonra Osmanlı mədəniyyətində Kərbəla hadisələrinin əhəmiyyətindən bəhs olunub.
Konsertdə Türkiyənin “Ayan” musiqi ansamblının repertuarından müxtəlif mövzulu dini mahnılar solo və xor ifada təqdim olunub. Türk musiqi və ədəbiyyatında xüsusi yer tutan “Kərbəla mərsiyələri” həm poetik, həm də sərbəst icra edilib.
Sonda Kərbəla hadisələrini şərh edən məsnəvilərdən ibarət “Məqtəl” ənənəsi icra olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Osmanli_medeniyyetinde_Kerbela_matemi_adli_tedbir_kechirilib-901952

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR