x
Loading...
.

"Kəpəz"in zədəli futbolçusu: "Dönüşüm daha yaxşı olacaq"

"Kəpəz"in zədəli futbolçusu: "Dönüşüm daha yaxşı olacaq"
20:48 13 Noyabr 2015
34 İdman
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

"Kəpəz" futbol klubunun zədəli futbolçusu Dario Frederiko bu gün ölkəmizi tərk edərək Braziliyaya yola düşüb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, vətənində əməliyyat olunacaq yarımmüdafiəçi səfərə çıxmazdan öncə deyib: “Zədələndiyim üçün təəssüflənirəm, amma neyləmək olar? Bu, futboldur, zədələr qaçılmazdır. Daha çox komandama kömək edə bilməyəcəyim üçün məyusam. Texnikam və sürətimlə “Kəpəz”ə kömək etməyə çalışırdım. Rəqib futbolçulardan sıyrılan zaman heç nədən çəkinmirəm, düzdür, bəzən məni kobudluqla dayandırırdılar. Əslində, bu da futbolda normaldır. Yıxmaq da olar, yıxılmaq da”.

D.Maqnit rezonans tomoqrafiyasından keçdikdən sonra zədəsinin ciddi olduğu üzə çıxıb. Frederikonun Brazliyada yerli klinikalardan birində əməliyyat olunması daha münasib sayılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2456211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR