x
Loading...

Qazaxda avtobusla minik avtomobili toqquşdu: 1 olü

Qazaxda avtobusla minik avtomobili toqquşdu: 1 olü
20:54 13 Noyabr 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Bakı-Qazax-Gürcüstan magistral yolunda sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın verdiyi məlumata görə, hadisə magistral yolun 511-ci kilometrliyində, Qazax rayonu 2-ci Şıxlı kəndi ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan “Mercedes” markalı sərnişin daşıyan avtobusla, “Opel” markalı avtomobil toqquşub. Qəza zamanı “Opel”in sürücüsü hadisə yerində ölüb. Onun kimliyi hələ ki məlum deyil. Avtobusda sərnişin olmayıb və sürücüdə xəsarət almayıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma gedir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR