Muzey İctimai Birliklə əməkdaşlıq edəcək

Muzey İctimai Birliklə əməkdaşlıq edəcək
21:08 13 Noyabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ilə Məmməd Səid Ordubadinin xatirə muzeyi arasında akademik əməkdaşlıq protokolu imzalanıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, sənəd bu iki qurumun birgə təşkilatçılığı ilə 12 noyabr - Konstitusiya Gününə həsr olunan “Mədəni İrsin ictimailəşməsi” mövzusunda seminar çərçivəsində imzalanıb.
Tədbirdə Məmməd Səid Ordubadinin xatirə muzeyi, Bülbülün Memorial Muzeyi və Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları, “Miras” İctimai Birliyinin üzvləri və media nümayəndələri iştirak ediblər.
Məmməd Səid Ordubadinin xatirə muzeyinin direktoru Lalə Abbaszadə muzey ilə İctimai Birliyin əməkdaşlığını yüksək dəyərləndirib.
Bildirilib ki, M.S.Ordubadi yarım əsrdən artıq bir dövrdə xalqımızın azadlığı, səadəti, tərəqqisi və ədəbiyyatımızın inkişafı üçün böyük işlər görüb.
“Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli mədəni irsin öyrənilməsi, inkişafı, qorunması məqsədilə ilk növbədə onun ictimailəşməsi məsələsinə diqqət çəkib. O, bu sahədə maariflənmə, cəmiyyətdə mədəni irs anlayışının düzgün qəbul olunması, təbliğ yolları və s. məqamları iştirakçıların nəzərinə çatdırıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muzey_Ictimai_Birlikle_emekdasliq_edecek-901962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR