x
Loading...

Gömrükdə idxal-ixrac əməliyyatları sürətlənəcək

Gömrükdə idxal-ixrac əməliyyatları sürətlənəcək
21:12 13 Noyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+
.

İdxal və ixrac əməliyyatları zamanı müvafiq bəyannamələrinin qısa və sadə formada tədbiqi bu işlə məşğul olan sahibkarlar üçün əlverişli şərait yaradılması deməkdir. Ən əsası da əlavə vaxt qazancı ilə nəticələnəcəkdir. Bu isə malların daha tez və çevik surətdə müvafiq mənzilə yetişməsi prosesini sürətləndirəcək.

Bunu iqtisadçı-ekspert Pərviz Heydərov Milli.Az-a Dövlət Gömrük Komitəsinin sahibkarlar üçün yeni bəyannamə normalarının tətbiqinə hazırlaşması ilə bağlı xəbərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkədə sahibkarlığın inkişafı üçün tələb olunan şərtlərdən biri də gömrük proseduralarının sadələşdirilməsidir. Buraya isə rüsumların tətbiqi mexanizmindən başlamış, onların dərəcələrinin azaldılmasınadək, vaxt itkisinin qarşısının alınmasına dair kompleks tədbirlər daxildir: "Yeri gəlmişkən, tam gömrük bəyannaməsində 54 sayda bəndlərin olması, həqiqətən də, çox idi. Bunların bəzilərinin çıxarılmasına, həmçinin birləşdirilməsinə çoxdan ehtiyac var idi".

Qeyd edək ki, APA-nın məlumatına görə, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin əməkdaşı Cəfər Quluzadə deyib ki, komitə sahibkarlar üçün yeni bəyannamə normaları tətbiq etməyə hazırlaşır.

C.Quluzadənin sözlərinə görə, komitə yeni, qısa idxal və ixrac bəyannamələrini tətbiq edilməsinə hazırlaşır: "Bununla da idxal-ixrac əməliyyatlarında sahibkarlar vaxt udmuş olacaqlar".

O qeyd edib ki, həmçinin boru və elektrik xətləri vasitəsi ilə idxal-ixrac əməliyyatları aparan sahibkarlar üçün natamam bəyannamələr tətbiq ediləcək: "Bilirsiniz ki, tam gömrük bəyannaməsində 54 bənd var. Amma yeni bəyannamələrdə bu bəndlərin bir çoxu çıxarılıb. Yəni, sahibkar yeni bəyannaməni doldurur və tam bəyannamədə olan bəzi bəndləri isə 30 gün müddətində cavablandırıb, gömrük orqanlarına təqdim edir".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/382171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR