Misir Mədəniyyət Mərkəzinin rəhbəri Heydər Əliyev adına Müasir Təhsil Kompleksində olub

Misir Mədəniyyət Mərkəzinin rəhbəri Heydər Əliyev adına Müasir Təhsil Kompleksində olub
21:12 13 Noyabr 2015
48 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və Azərbaycan prezidenti yanında Bilik Fondu ilə birgə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində görüş keçirilib.
Misir Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, görüş zamanı məktəbin direktoru Nasim Abışov kompleksin yaranma tarixi, fəaliyyəti, şagirdlərin uğurları barədə məlumat verib.
Sonra Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi mərkəzin Azərbaycandakı fəaliyyətindən, apardığı işlər barədə məlumat verib. O, Müasir Təhsil Kompleksində ərəb dilinin tədrisini yüksək qiymətləndirib.
Daha sonra məktəbin şagirdlərinin ifasında ərəb dilində şerlər və konsert proqramı təqdim olunub. 

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/misir-medeniyyet-merkezinin-rehberi-muasir-tehsil-kompleksinde-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR