Bir müddət əvvəl tarixində ilk dəfə La Liqanın turnir cədvəlində liderliyə yüksələn "Villareal" baş məşqçisi Marselinyo Qarsiya Toralla müqaviləni yeniləyib.
Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssislə 2019-cu ilə kimi yeni müqavilə imzalanıb. Əvvəlki müqavilə bu mövsümün sonunda başa çatmalı idi.
Toral 2013-cü ildən "sarı sualtı qayıq"ı çalışdırır. O, həmin ildə komandanı Primero divizona qaytardıqdan sonra növbəti mövsüm Avroliqanın qrup mərhələsinə çıxarmağa nail olmuşdu.
Milli.Az