Sabirabadda 12 yaşlı uşaq güllə yarası aldı

Sabirabadda 12 yaşlı uşaq güllə yarası aldı
21:24 13 Noyabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabadda ehtiyatsızlıqdan 12 yaşlı uşaq ayağından güllə yarası alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Sabirabad rayonunun Moranlı kəndində uşaq mal-qara otararkən baş verib.

 

Həmin kəndin sakini, 2003-cü il təvəllüdlü Sadıqov Taleh Cəmil oğlu ayaq nahiyəsindən (sağ baldırın aşağı hsissəsindən) geniş ölçülü güllə yarası diaqnozu ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yeləşdirlib. Şöbədə uşağa yardım edilib, ayağına cərrahi tikiş qoyulub.

 

Hadisə uşaq mal-qara otararkən baş verib. Qohumların dediyinə görə, uşağın əlindən yerə düşən ov tüfəngindən açılan atəş onun ayağını yaralayıb.

 

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221500

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR