Xalq artisti 2 dəfə ürəyindən əməliyyat olundu

Xalq artisti 2 dəfə ürəyindən əməliyyat olundu
21:31 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti, Akademik Milli Dram Teatrının sabiq direktoru Maqbet Bünyadov ürəyindən ağır əməliyyat olunub.

Axşam.az-ın məlumatın görə, bu barədə aznews.az-a onun özü məlumat verib. Onun sözlərinə görə, noyabrın 5-də halı qəfil pisləşib:

“Gecə məni Neftçilər Xəstəxanasına apardılar. Müayinə zamanı dedilər ki, əməliyyat olmalısan. Nəfəs ala bilmirdim. Ürəyimdə ağır əməliyyat aparıldı, stend qoyuldu. Yaşamaq üçün yol bu idi. İki gündən sonra ürəyimdə daha ikinci əməliyyat aparıldı”.

Xalq artisti bu əməliyyatını uğurla başa çatdığına və həyata ikinci dəfə qayıtdığına görə, onu əməliyyat edən həkimə təşəkkür etdi:

“Məni həyata həmin xəstəxananın həkimi Abbasqulu Abbasquluyev qaytardı. Ailəm adından belə həkimlərə minnətdaram. Həqiqətən də, bu insanların qədrini bilmək lazımdır”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR