x
Loading...

BMT-nin rəsmiləri Azərbaycan Xalça Muzeyinidə

BMT-nin rəsmiləri Azərbaycan Xalça Muzeyinidə
21:38 13 Noyabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
“Məişət zorakılığının qarşısının alınması” mövzusunda beynəlxalq konfransda iştirak edən BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT-nin baş katibinin müavini Babatunde Osotimehinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyində olub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, fəxri qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyin, materialın, yaratma texnikasının və xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın yeddi əsas xalçaçılıq məktəbinin - Bakı, Quba, Qarabağ, Şirvan, Gəncə, Qazax və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunub. Xalçalar xalqın həyatını əks etdirən insan, heyvan, quş, bitki ornamentləri ilə səciyyəvi üslubda bəzədilib.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqlarda xoş təəssürat oyadıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_nin_resmileri_Azerbaycan_Xalcha_Muzeyinide-901972

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR