Tələbələr ölkəmizin həyatında mühüm rol oynayırlar

Tələbələr ölkəmizin həyatında mühüm rol oynayırlar
21:38 13 Noyabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Ölkəmizdə noyabrın 10-dan 17-dək elan edilən “Tələbə həftəsi” çərçivəsində növbəti tədbir Yeni Azərbaycan Partiyası Gənclər Birliyində (YAP GB) təşkil olunub. Azərbaycan Tələbələr Birliyinin (ATB) təşəbbüsü ilə reallaşdırılan həftə çərçivəsində keçirilən tədbirdə Gənclər Birliyinin üzvləri iştirak ediblər.
YAP GB-dan AZƏRTAC-a bildiriblər ki, Gənclər Birliyinin sədri Seymur Orucov tələbələrin ölkəmizin həyatında fəallıqlarını xüsusi vurğulayıb və gənclərin Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini qeyd edib. O, Azərbaycan Tələbələr Birliyinin hər il keçirdiyi “Tələbə həftəsi”nin əhəmiyyətini yüksək qiymətləndirib.
ATB-nin sədri Elvin Aslanov partiyanın gənc üzvlərinə Birliyin fəaliyyəti və “Tələbə həftəsi” barədə məlumat verib. Diqqətə çatdırıb ki, YAP GB hakim partiyanın gənclərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm yerlərdən birini tutur.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Telebeler_olkemizin_heyatinda_muhum_rol_oynayirlar-901971

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR