“Nərgiz” jurnalının Gürcüstanda nəşrə başlamasının bir ili tamam olub

“Nərgiz” jurnalının Gürcüstanda nəşrə başlamasının bir ili tamam olub
21:53 13 Noyabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Tbilisidəki M.F.Axundzadə adına rəsm qalereyasında “Nərgiz” jurnalının Gürcüstanda nəşrə başlamasının bir ilinin tamam olması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Gürcüstanın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Jurnalın direktoru xanım Lika Kvaratsxelia AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib: “Nərgiz” jurnalı artıq bir ildir ki, Gürcüstanda da nəşr olunur. Bu gün jurnalın 1 yaşını qeyd etməklə yanaşı, dördüncü nömrəsinin təqdimatını da keçiririk. Bu jurnal təkcə Azərbaycanda deyil, Gürcüstanda da böyük sevgi və maraqla oxunur. İndi çoxları jurnalımızın növbəti nömrəsini səbirsizliklə gözləyir”.
Direktor mərasimin M.F.Axundzadə adına qalereyada keçirilməsinin də təsadüfi olmadığını bildirib: “Azərbaycanda doğulub, Tbilisidə yaşayıb-yaratmış görkəmli ədib və dramaturq M.F.Axundzadə Gürcüstanın mədəni həyatında böyük işlər görüb, silinməz iz buraxıb. Dördüncü yubiley nömrəmizdə oxucularımıza M.F.Axundzadə haqqında geniş material təqdim etmişik. Tədbiri burada keçirməklə biz həm də ədibin xatirəsini anmış oluruq. İnanırıq ki, jurnal Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcək”.
Mərasimə toplaşanlar jurnalın bir yaşı və dördüncü yubiley nömrəsinin nəşri münasibətilə kollektivi təbrik ediblər.
Tədbir konsert proqramı ilə davam edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nergiz_jurnalinin_Gurcustanda_nesre_baslamasinin_bir_ili_tamam_olub-901979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR