BMT nümayəndələri Xalça Mueyində - fotolar

BMT nümayəndələri Xalça Mueyində - fotolar
23:01 13 Noyabr 2015
28 Şou
Ölkə mətbuatı
A- A+

Ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Heimo Laakkonen və BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Karl Kulessa Azərbaycan Xalça Muzeyinin qonağı olublar.
 
Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, fəxri qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında ətraflı məlumatlar verilib.

Qonaqlara bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyin, materialın, yaratma texnikasının və xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. Muzeyin “Qızıl Fondu”nu xovlu xalçalar təşkil edir. Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunub. Xalçalar xalqın həyatını əks etdirən insan, heyvan, quş, bitki ornamentləri ilə səciyyəvi üslubda bəzədilib.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Noyabrın 16-da ölkəmizdə Azərbaycan Xalçası Günü qeyd edilir. Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqlarda xoş təəssürat oyadıb.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40750

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR