Şəkidə 77 yaşlı qadın ağır xəsarət aldı

Şəkidə 77 yaşlı qadın ağır xəsarət aldı
23:09 13 Noyabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə tənha yaşayan 77 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 20:30 radələrində Şəki şəhəri Əlövsət Sadıqov küçəsində yaşayan, 1938-ci il təvəllüdlü Tahirə Əliabbas qızı Bayramova koma vəziyyətində xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, tənha yaşayan 77 yaşlı Tahirə Bayramova yaşadığı evin vanna otağında huşsuz vəziyyətdə  yaxın qohumları tərəfindən aşkar edilib. Tahirə Bayramovaya ağır kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR