Uşaq cəsədləri aşkar edilib

Uşaq cəsədləri aşkar edilib
23:22 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Cəsədlər Çexiya ilə sərhəddə yerləşən Wallenfels şəhərində aşkar edilib

Çexiya ilə sərhəddə yerləşən şəhərdə bir neçə körpənin cəsədi aşkar edilib, Almaniya polisi bildirib.
Milli.Az BBC Azərbaycanca-ya istinadən bildirir ki, polisin verdiyi məlumata görə, yeddi nəfər olduğu güman edilən körpə cəsədləri cümə günü Wallenfels şəhərində bir qadının çağırışından sonra tapılıb.
Polis əvvəllər həmin evdə yaşamış 45 yaşlı qadının dindiriləcəyini bildirib.
Cəsədlərin müayinəsi davam etdirilir, Bavariya Radiosu xəbər verib, lakin cəsədlərin pis vəziyyətdə olmasına görə nəticələr gec məlum olacaq.
Körpələrin necə ölməsi və cəsədlərin hansı müddətə orada qalması aydın deyil.
Almaniya mediasının yaydığı məlumata görə, həmin evdə bir cütlük bir neçə uşaqla birgə yaşayıb, lakin bu yaxınlarda ayrılıblar.
Şəhər meri Jens Korn inFranken.de saytına bildirib ki, sakinlər şokdadır.
Son illərdə Almaniyada yeni doğulmuş uşaqların öldürülməsi ilə bağlı bir neçə hal qeydə alınıb.
Keçən il bir qadın iki uşağını öldürərək onları dondurucuda saxlamaqda ittiham edilib.
2005-ci ildə isə doqquz yeni doğulmuş körpənin cəsədi gül dibçəklərində aşkar edilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/382303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR