Avropa "Qanlı Yanvar"ı görəcək (VİDEO)

Avropa "Qanlı Yanvar"ı görəcək (VİDEO)
23:26 13 Noyabr 2015
33 Şou
Ölkə mətbuatı
A- A+

Tallin film festivalında Azərbaycan da təmsil olunacaq. Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən kinorejissor Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmi də festivalda nümayiş olunacaq.

ANS TV-nin məlumatına görə, “Qanlı Yanvar”ın afişaları artıq bir neçə gündür ki, Tallinin küçələrini bəzəyir. Sadə camaatda da bu filmə maraq diqqəti cəlb edir. Çünki ötən əsrin sonlarında bütün postsovet məkanını bürüyən hadisələr ən pis nəticəni Bakıda verdi.

Bunu sadə tallinli, bir taksi sürücüsü belə ifadə edir. O deyir ki, hər yerdə müstəqillik uğrunda aksiyalar, mitinqlər vardı, amma Bakıda xalqın iradəsi daha mütəşəkkil idi. Və Azərbaycan xalqına qarşı 1990-cı ildə törədilən cinayət bütün başqa xalqlara qarşı törədələnlərdən daha qəddarıydı.

“Qanlı Yanvar” filmi festivalın ikinci günü nümayiş etdiriləcək. Festivalın mətbuat xidmətinin rəhbəri Hannes Aava bildirib ki, Azərbaycanı təmsil edən “Qanlı Yanvar” bu ilki festivalda tarixi hadisələrdən bəhs edən üç filmdən biridir:

“Builki 28-ci dünya premyerası arasında Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmi də var. O, özü də festivalda iştirak edəcək. Biz onu səbrsizliklə gözləyirik”.

Xatırladm ki, Vahid Mustafa Yevin rejissoru olduğu “Qanlı Yanvar” dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında nümayiş etdirilib.

Bundan qabaq Monrealda və San-Pauloda nümayiş olunan film yaxın tariximizə güzgü tutur.

Postsovet ölkələrinin həqiqətlələrini Avropaya çatdıran “Qanlı Yanvar”a və yaradacı heyətə uğurlar arzulayaq.

“Qanli Yanvar” noyabrın 15-də nümayiş etdiriləcək. Tamaşaçıların istəyi ilə film festivalda 27 və 28 noyabr tarixlərində də təkrar təqdim olunacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=364740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR