​Qaxda tövlədə baş verən yanğın yerli sakinə maddi ziyan vurub

23:52 13 Noyabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, yanğın hadisəsi axşam saatlarında Qax şəhəri, Vidadi küçəsi, döngə 1-də yaşayan Lüba Nuraşviliyə məxsus həyətdə baş verib.
Yanğın zamanı tövlənin çardaq hissəsi tamamilə yanıb. Hadisə vaxtı tövlədə olan heyvanlar bayıra çıxarılsa da, damın çardaq hissəsində olan 250 ədəd ot bağlaması yanaraq külə dönüb.
Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Qax Dövlət Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub.Yanğınsöndürənlərin səyi nəticəsində alovların tövləyə bitişik evə, həmçinin digər tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/qaxda-tovlede-bas-veren-yangin-ev-sahibine-maddi-ziyan-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR