Qazaxda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib, 1 nəfər ölüb (FOTO)

Qazaxda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib, 1 nəfər ölüb (FOTO)
00:03 14 Noyabr 2015
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Qazaxda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Qazaxda yol-nəqliyyat qəzası baş verib, sürücü hadisə yerində dünyasının dəyişib. Yol qəzası Bakı-Qazax avtomagistralının 511-ci kilometrliyində, Qazax rayonu 2-ci Şıxlı kəndi ərazisində qeydə alınıb. 50 yaşlı İntiqam Zeynalovun idarə etdiyi sərnişin avtobusu ilə Şıxlı kənd sakini 43 yaşlı Fərman Musayevin sürücüsü olduğu “Opel” toqquşub. Nəticədə "Opel"in sürücüsü Fərman Musayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2456226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR