İlham Əliyev Poroşenkoya: Birləşməliyik

İlham Əliyev Poroşenkoya: Birləşməliyik
00:21 14 Noyabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna və Azərbaycan prezidentləri ərazi bütövlüyü və milli təhlükəsizlik istiqamətində müzakirələr aparıb.

ANS PRESS-in məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Prezidentlər ərazi bütövlüyü və milli təhlükəsizlik istiqamətində təhlükələrə qarşı mübarizədə ölkələrinin imkanlarını birləşdimək məsələsini müzakirə ediblər.

"Milli təhlükəsizlik və ərazi bütövlüyü məsələsində xarici təcavüzə məruz qalan Ukrayna və Azərbaycan beynəlxalq hüququn baza prinsiplərinin qorunması üçün birləşməlidirlər", - Poroşenkonun mətbuat xidmətinin yaydığı açıqlama bildirilir.



Bundan başqa, Poroşenko telefon danışığı zamanı Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını və Dağlıq Qarabağ münaqişəsində Ukraynanın mövqeyinin dəyişməz qaldığını bir daha İlham Əliyevin diqqətinə çatdırıb.

Öz növbəsində İlham Əliyev bildirib ki, Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bundan başqa, dövlət başçıları iki ölkə arasında siyasi dialoqun yenidən aktiv müstəviyə keçirilməsinə hazır olduqlarını bəyan ediblər.


Ukrayna prezidentİ Pyotr Poroşenko

Ukrayna və Azərbaycan ərazi bütövlüyünün pozulmasına görə əziyyət çəkir. Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəlində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayonunu zəbt edib. Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalasalar da hələlik aparılan danışıqlar yekun sülh razılaşmasının imzalanmasına gətirib çıxarmayıb. Ermənistan işğal etdiyi Dağlıq Qarabağı 1991-ci ildə Azərbaycandan ayıraraq "müstəqilliyi"ni elan edib. Rəsmi Bakı buna qarşı çıxaraq, region üzərində nəzarəti qaytarmağa çalışsa da, amma hələlik buna nail ola bilməyib. 1994-cü ildə Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə sülh haqqında Bişkek protokolu imzaladı. Hazırda münaqişənin nizama salmasında ATƏT-in Minsk qrupu iştirak edir. Bura Moskva, Vaşinqton və Paris daxildir.


Dağlıq Qarabağ xəritədə

2014-cü ildə Krım yarımadası Ukrayanadan ayrılıb. Rusiya həmin il referendum keçirərək yarımadanı ələ keçirib. Bundan başqa Donbass regionunda qondarma respublikalar yaranıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR