Arzu Rəhimov yanvar hərbi çağırışının təşkili üçün tapşırıq verib

Arzu Rəhimov yanvar hərbi çağırışının təşkili üçün tapşırıq verib
16:58 29 Dekabr 2014
80 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2014-cü ilin yekunlarına dair xidməti müşavirə keçirilib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, dekabrın 29-da Dövlət Xidmətində 2014-cü ildə xidməti fəaliyyətin yekunlarına və 2015-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib.

Müşavirədə Xidmət rəisi, general-leytenant Arzu Rəhimov SHXÇDX tərəfindən 2014-cü il ərzində görülmüş işlərə dair məruzə edib, 2015-ci ildə Xidmət tərəfindən görüləcək işlər barədə məlumat verib.

Müşavirədə bir sıra məsələlər müzakirə olunub, A.Rəhimov 2015-ci ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini verib.

Müşavirənin yekununda Xidmət rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR