"Həkimlər dedi ki, səfərə çıxmağımın çətin olacaq"

"Həkimlər dedi ki, səfərə çıxmağımın çətin olacaq"
00:37 14 Noyabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

“AZAL-la oyunda zədə aldım. Zədələnməyim anidən oldu. Topu kənara çıxaran zaman rəqib futbolçu ayağımı tapdaladı. Oyundan sonra ağrılar şiddətləndi”. Fanat.az xəbər verir ki, bu sözləri “Kəpəz”in müdafiəçisi Azad Kərimov deyib.


Gənc futbolçu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılsa da, zədələndiyi üçün heyətdən çıxarılıb. Kərimov "AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində Almaniya ilə keçirilən səfər oyununa aparılmayıb: “İki gün millinin düşərgəsində oldum, həkimlər baxdı. Baş məşqçimiz və tibb personalı bu vəziyyətdə səfərə çıxmağımın çətin olacağını bildirdi. Çünki səfər uzun idi, ona görə də belə məsləhət olundu. Uzun yolçuluğa görə ayağım şişə bilərdi”.


“Kəpəz”in düşərgəsinə qayıdan Kərimov hazırda özünü nisbətən yaxşı hiss edir və həkim nəzarəti altında fərdi şəkildə məşqlərə başlayıb. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quothkimlr-dedi-ki-sfr-cxmamn-ctin-olacaqquot-t45442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR