Türkiyə böyük sammitə hazırlaşır (VİDEO)

Türkiyə böyük sammitə hazırlaşır (VİDEO)
00:51 14 Noyabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə son vaxtlar ölkədə silsilə terror aktlarının baş verdiyi bir ərəfədə, həm də nüfuzlu beynəlxalq sammitə ev sahibliyi edəcək. Dünya liderləri Türkiyənin Antalya şəhərində “Böyük iyirmiliyin” (G 20) X sammitilə əlaqədar bir araya gələcəklər.

Türkiyədə qeyri-sabit siyasi vəziyyətlə bağlı builki sammit ötənilkindən xeyli fərqlənir. Antalya sammiti təhlükəsizlik tədbirlərinə görə 2013-cü ildə Sankt-Peterburqda keçirilən sammitlə müqayisə olunur.

Dünya mediası isə liderlərin müzakirə edəcəyi problemləri bir kənara qoyub, daha çox onların sammit günlərindəki bahalı həyat tərzini önə çəkib.

Səudiyyə Ərəbistanı kralının 16 milyon dollarlıq otel həyatından tutmuş, Yaponiya baş nazirinin 1200 avroya başa gələn sadə nömrəsinə qədər.

ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, Türkiyənin Antalya şəhərində 15-17 noyabrda keçiriləcək “Böyük iyirmiliyin” zirvə toplantısına artıq bütün hazırlıq işləri tamamlanıb.

Antalya hava limanının bir hissəsi yalnız “Böyük iyirmiliyin” zirvəsinə gələnlər üçün fəaliyyət göstərəcək.

Sammitə dünyanın ən zəngin 20 ölkəsinin liderləri qatılacaq. Azərbaycan isə “Böyük iyirmiliyin” sammitində Türkiyənin dəvəti əsasında qonaq qismində iştirak edəcək.

Türkiyə Azərbaycandan başqa daha 6 ölkəyə zirvəyə qatılmaq üçün dəvət göndərib.

Artıq qonaqlardan Səudiyyə Ərəbistanın kralı Salman bin Abdülaziz el-Suud Türkiyədədir. Xüsusi təyyarə ilə Antalya hava limanına enən kralı 50 avtomobildən ibarət maşın konvoyu, Azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olan və bir neçə gün əvvəl satılmış "Mardan Palace" otelinə gətirib.

Artıq uzun müddətdir Türkiyə səfəri mətbuatın gündəmindən düşməyən kral Salman oteldə bir neçə gün qalmaq üçün 16 milyon dollar ödəyib.

Kral Salman və Şahzadə Telalin yataq dəstindən tutmuş çay fincanına qədər bütün əşyaları isə əvvəlcədən xüsusi təyyarələrdə gətirilib.

Kralı müşayiət edən 1000 nəfərlik heyət üçün 400 lüks avtomobil ayrılıb.

Bu gün Türkiyəyə gələcək Birləşmiş Ştatlar prezidenti Barak Obamanın isə Antalyada qalacağı müddətdə hərbi gəminin göyərtəsində gecələyəcəyi istisna edilmir.

Ümumiyyətlə, Türkiyənin ilk dəfə ev sahibliyi edəcəyi “Böyük iyirmilik” sammitinə dövlət liderlərilə nümayəndə heyətlərinin tərkibində 13 mindən çox insanın gələcəyi gözlənilir.

Qonaqların yerləşdirilməsi üçün 28 otel bağlanıb. Beynəlxalq tədbirdə təhlükəsizliyi təmin etmək üçün Antalyada 100 minə yaxın polis iş başında olacaq.

Zirvəyə etiraz olaraq isə dünyanın fərqli ölkələrində 30 minə yaxın insan gələcəyi gözlənilir. “Böyük iyirmiliyin” kecirildiyi Antalya Belek isə dünyanın qırmızı yeni ən təhlükəsiz nöqtəsi hesab ediləcək.

Bu da Türkiyə turizmi üçün 3 il ərzində 2 milyard dollar gəlir gətirəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR