Bank VTB (Azərbaycan) "ASAN imza" xidmətini tətbiq edib

Bank VTB (Azərbaycan) "ASAN imza" xidmətini tətbiq edib
01:58 14 Noyabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 noyabr, AZƏRTAC
Bank VTB (Azərbaycan) öz daxili əməliyyat sistemində "ASAN imza" xidmətini tətbiq edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu, Azərbaycanın bank sektorunda ilk belə layihədir. Yenilik nəticəsində bankın elektron kargüzarlığı mobil elektron imzanı dəstəkləyəcək ki, bu da kredit təşkilatının daxilində qərarların qəbul olunması prosesini asanlaşdıracaq və bankın xərclərini azaldacaq. "ASAN imza"nın tətbiqi, həmçinin VTB (Azərbaycan)a öz filial şəbəkəsinin idarə olunmasını təkmilləşdirməyə və bütün əməliyyatların vahid elektron sənəd dövriyyəsi sisteminə birləşməsinə imkan verəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bank_VTB_Azerbaycan__quotASAN_imza_quot_xidmetini_tetbiq_edib-901996

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR