Bu güm Savalan babanın doğum günüdür

Bu güm Savalan babanın doğum günüdür
17:09 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Bu gün, uşaqların Savalan baba kimi tanıdığı görkəmli aktyor Sadıq Hüseynovun doğum günüdür. Lent.az-ın məlumatına görə, Sadıq Ömər oğlu Hüseynov 29 dekabr 1924-cü ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. Hələ ibtidai məktəbin dördüncü sinfində oxuyarkən Kürdəmir şəhər mədəniyyət evində fəaliyyət göstərən xalq teatrına üzv olur. Orada hazırlanan tamaşalarda müxtəlif rollarda çıxış edir. Yuxarı sinifdə oxuyarkən məktəblərdə müəllim çatışmazlığından müəllim kimi işləməyə başlayır. Orta məktəbi bitirdikdən sonra müəllimlik fəaliyyətini davam etdirir.
Böyük Vətən Müharibəsi başlayanda 18 yaşlı Sadıq Hüseynov ordu sıralarına çağırılır. Müharibə başa çatandan sonra o, Bakıya qayıdır və Gənc Tamaşaçılar Teatrında işə qəbul edilir. Teatr İnstitutunda təhsil alan Sadıq Hüseynov sonradan Görkəmli rejissor Adil İsgəndərovun dəvəti ilə 1952-ci ildə Azərbaycan Dövlət Akademik Dram teatrına dəvət alır. Burada müxtəlif obrazlar yaradır. Sonralar aktyor “Azərbaycanfilm” kinostudiyasında, Azərbaycan Televiziyası və Radiosunda işləyib. İşlədiyi dövrlərdə filmlərdə çəkilməklə yanaşı, uşaq veriləşlərində də aparıcılıq edir və uşaqların sevimli Savalan babasına çevrilir. Qüdrətli sənətkar 1 iyun 2003-cü ildə vəfat edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189050

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR