Hərbi Liseydə bayram tədbiri keçirilib (FOTO)

Hərbi Liseydə bayram tədbiri keçirilib (FOTO)
17:13 29 Dekabr 2014
114 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Xətai rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə silsilə tədbirlər keçirilir.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Xətai rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramına həsr edilmiş tədbir keçirilib.

Tədbirdən əvvəl İcra hakimiyyətinin başçısı muzeyin Fəxri qonaqlar kitabına öz ürək sözlərini yazıb.

Sonra Hərbi Liseyin rəisi general-mayor M.Almasov Xətai rayon İcra hakimiyyətinin başçısı R. Məmmədova xatirə hədiyyəsi təqdim edib. Muzey ilə tanışlıqdan sonra tədbir Hərbi Liseyin klubunda davam edib.

Hərbi Lisey rəisi, Xətai rayon İcra hakimiyyətinin başçısı və başqaları çıxış edərək tədbir iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibətilə təbrik ediblər. Tədrisdə fərqlənən kursantlar qiymətli hədiyyə və fəxri fərmanla təltif ediliblər.

Bayram münasibətilə Xətai rayon İcra hakimiyyəti tərəfindən Hərbi Liseyə 10 ədəd komputer dəsti hədiyyə olunub.

Daha sonra tədbir mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR