Azad Rəhimov: "Azərbaycanda "Gənclər evləri"nin sayı 30-a çatıb”

Azad Rəhimov: "Azərbaycanda "Gənclər evləri"nin sayı 30-a çatıb”
17:17 29 Dekabr 2014
106 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 17:16 ]

Bakı. Gülnar Bəşirova- APA. “Ümumilikdə 2014-cü il ərzində 156 tədbir keçirilib, onlardan 122-i yerli, 34-ü isə beynəlxalq səviyyəli olub”.

 

APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün 2014-cü ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

 

A.Rəhimov bildirib ki, 420 nəfər gənc xarici ölkələrə ezam olunub, 2793 nəfər isə Azərbaycan Respublikasında qəbul edilib.

 

Nazir bildirib ki, artıq "Gənclər evləri"nin sayı 30-a çatıb: “Sumqayıt, Qaradağ və Binəqədidə tikilən "Gənclər ev"lərinin inşası başa çatdırılıb və bu obyektlər yaxın vaxtlarda istifadəyə veriləcək. 2014-cü ildə 21 ölkədə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birgə “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqələr keçirilib, 174 qalibin ölkəmizə səfəri təşkil edilib. Bütövlükdə isə 2011-2014-cü illərdə bu müsabiqə 47 ölkədə keçirilib, 3 minədək esse təqdim edilib, 437 nəfər müsabiqə qalibi Azərbaycana səfər edib”. 

 

A.Rəhimov onu da əlavə edib ki, bu il həmçinin Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “Univiziya” tələbələrin III Milli mahnı və eyni adlı II Beynəlxalq mahnı müsabiqələri də keçirilib. Tədbirdə 20 ölkədən 90 nəfər istedadlı tələbə iştirak edib.

 

Nazir daha sonra bu il 26 oktyabr-1 noyabr tarixlərində Bakıda Gənclər siyasəti üzrə Birinci Qlobal Forumun keçirildiyini də xatırladıb. O, eyni zamanda gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2014-cü ilin yanvar-fevral aylarında nazirlik tərəfindən növbəti müsabiqənin keçirildiyini də bildirib: “Müsabiqə nəticəsində ümumi məbləği 2.020.559 manat və 115.000 avro olan 110 layihə dəstəklənib”.



Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367644

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR