Fars dilində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı kitab nəşr edilib

Fars dilində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı kitab nəşr edilib
17:18 29 Dekabr 2014
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

Fars dilində Azərbaycanın Dağlıq Qarabağ regionu ilə bağlı kitab nəşr edilib.

Trend-in İran KİV-lərinə istinadən verdiyi məlumata görə, “BMT-nin Dağlıq Qarabağla bağlı sənədlər toplusu” adlı kitab Tehranda “Əndişe-yeno” nəşriyyatında çap olunub. Kitabı iranlı tərcüməçi Səid Baqiri tərcümə edib, redaktor isə Murtaza Baqiridir.

Kitabda deyilir ki, Ermənistan 1992-ci ilin fevral ayında Azərbaycan ərazisinə genişmiqyaslı hücumlara başlayıb, beynəlxalq hüquq qaydalarını və insan haqlarını kobud şəkildə pozaraq çoxsaylı azərbaycanlının ölümunə və yaralanmasına səbəb olub.

Qeyd olunur ki, Ermənistan ordusunun qəsbkarlığı nəticəsində Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar, ümumilikdə Azərbaycan ərazisinin 20 faizi işğal olunub: "Minlərlə Azərbaycan vətəndaşı evlərindən didərgin düşüb. Onların ev-eşikləri dağıdılıb. İkinci dünya müharibəsindən sonra beynəlxalq sülhün qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi BMT Nizamnaməsinin 1-ci maddəsinin əsas tələbidir. Elə buna görə də Ermənistanın Azərbaycanın ərazisini qəsb və işğal etməsi BMT Nizamnaməsinin açıq-aşkar pozulmasıdır və beynəlxalq ictimaiyyətin ciddi qınağına səbəb olub".

Kitabda bildirilir ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün sənədləri Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən toplanıb və nəşr olunub. Fars dilinə tərcümə edilərək nəşr olunan bu kitab da Azərbaycan XİN-in ingilis dilində nəşr etdiyi kitabın əsasında hazırlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2348756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR