Bakıda qisas zəminində qətl törədən şəxsə hökm oxunub

17:22 29 Dekabr 2014
74 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 17:20 ]

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən Kamil Fərəcovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, K. Fərəcov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, avqustun 21-də Bakıda silahlı insident olub. Bir nəfər naməlum şəxs iki kişini güllələyərək qaçıb. Onlardan biri hadisə yerində dünyasını dəyişib, digər şəxs isə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, ov tüfəngi ilə 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayevi öldürən və 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyevi yaralayan şəxs Kamil Fərəcovdur. O, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar zamanı o da məlum olub ki, hadisəni törətməkdə şübhəli bilinən K.Fərəcov qətlə yetirdiyi Y.Musayevin atası Rabil Musayev tərəfindən iki il əvvəl bıçaqlanıb. Həmin hadisədə R.Musayev K.Fərəcovun qardaşı Rafael Fərəcovu boğazını kəsərək öldürüb. K.Fərəcov da qisas almaq məqsədilə R.Musayevin oğlunu qətlə yetirib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR