Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunda bayram şənliyi keçirilib (FOTO)

Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunda bayram şənliyi keçirilib (FOTO)
17:28 29 Dekabr 2014
122 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunda bayram şənliyi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordusu rəhbərliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram şənliyi keçirilib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordusunun zabiti Mirqiyas Rüstəmov çıxış edərək bildirib ki, Ordu Komandanlığı tərəfindən mütəmadi olaraq şəxsi heyətlə ictimaiyyət nümayəndələrinin görüşü təşkil edilir, mədəni-kütləvi tədbirlər keçirilir ki, nəticədə xalqın orduya inamı artır, əsgərlərin mənəvi-psixoloji durmu daha da yüksəlir.

Çıxış edən digər ictimaiyyət nümayəndələri və tanınmış ziyalılar, eləcə də hərbi qulluqçular əlamətdar günlər münasibəti ilə şəxsi heyəti təbrik edərək, xidmətlərində uğurlar arzuladılar.

Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının və "N" saylı hərbi hissənin yaradıcı kollektivlərinin maraqlı proqramlarla çıxışları, mahnı və rəqsləri əsgərlər tərəfindən alqışlarla qarşılanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR