Azərbaycanlı döyüşçüdən möhtəşəm qələbə (FOTO)

Azərbaycanlı döyüşçüdən möhtəşəm qələbə (FOTO)
17:31 29 Dekabr 2014
72 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı k-1 döyüşçüsü Zabit Səmədov Yaponiyanın Tokio şəhərində növbəti qələbəsini qazanıb.

ANS PRESS-in məlumatına görə, məşhur idmançı Yaponiya kikboksçusu Makoto Uexara ilə qarşılaşıb və görüşdən üzü ağ çıxıb.

93 kq çəki dərəcəsində qarşılaşan idmançıların mübarizəsi gərgin şəraitdə davam edib. Həmyerlimiz əlavə raundda rəqibini məğlub edərək qələbə qazanıb.

Qeyd edək ki, azərbaycanlı k-1 döyüşçüsü bir müddət öncə yerli mətbuata verdiyi açıqlamada bu ili qələbə kimi başa vuracağına inandığını və qələbə qazanacağını bildirmişdi.

Həmyerlimizin qazandığı mükafatın fotosunu və digər görüntüləri təqdim edirik:
















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR