MSK 8 bələdiyyə üzrə şikayətlərə baxıb

17:32 29 Dekabr 2014
59 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 17:27 ]

Bakı - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

 

APA-nın məlumatına görə, iclasda 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.

 

İclasda 79 saylı İmişli Seçki Dairəsində Xəlfəli bələdiyyəsi üzrə 23, 24 və  25 saylı seçki məntəqələrində, 76 saylı Lənkəran-Astara Seçki Dairəsində Mamusta bələdiyyəsi üzrə 1, 2 və 3 saylı seçki məntəqəsində, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsində Təklə bələdiyyəsi üzrə 23 və 24 saylı seçki məntəqəsində, 78 saylı Lerik Seçki Dairəsində Mollalan kənd bələdiyyəsi və 7 saylı Masallı Şəhər Seçki Dairəsində Çaxırlı bələdiyyəsi üzrə seçki məntəqələrində iddia edilən qanun pozuntuları ilə bağlı daxil olan müraciətlərin baxılması üçün müvafiq dairə seçki komissiyalarına (DSK) göndərilməsi barədə qərarlar qəbul edilib.

 

12 saylı Qax Seçki Dairəsində Qax bələdiyyəsi, 14 saylı Xəzər Seçki Dairəsində Türkan bələdiyyəsi və 102 saylı Samux-Şəmkir Seçki Dairəsində Balacəmilli bələdiyyəsi üzrə seçki məntəqələri ilə bağlı daxil olan şikayətlər MSK-nın Ekspert Qrupu tərəfindən araşdırılıb və bu şikayətlərin əsassız olduğu qənaətinə gəlinib. MSK məsələni səsə qoyaraq şikayətlərin təmin olunmaması ilə bağlı qərar qəbul edib.

 

İclasın sonunda cari məsələlərə baxılıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR