Ramin Hacılı ADA-da müəllim oldu

Ramin Hacılı ADA-da müəllim oldu
17:34 29 Dekabr 2014
70 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Azərbaycan Avropa Hərəkatının prezidenti, Ümid Partiyası sədrinin müavini Ramin Hacılı müəllim vəzifəsinə təyin edilib. Bu barədə, o, öz feysbuk səhifəsində yazıb: “Dəyərli dostlar! Bu gün Sizlərlə sevincimi bölüşmək istəyirəm: ən böyük arzularımdan biri – müəllim olmaq istəyim reallaşdı.


ADA Universitetində təlimçi kimi fəaliyyətə başlamışam. Avropa Birliyi ilə ADA arasında olan və 2014-cü ilIN 1 dekabrından – 2015-ci ilin 31 mayınadək davam edəcək “Azərbaycan Dövlət Qulluqçularına Avropa İttifaqı Məsələlərinə aid Təlimlər” layihəsi çərçivəsində işə başlamışam. Artıq bir aydır ki, Azərbaycanın ən yaxşı universitetinin təlimçisiyəm”.
 

Qeyd edək ki, Ramin Hacılı bundan əvvəl uzun müddət Demokratiya Məktəbinin təlimçisi və direktoru olub.
 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189057

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR