Girovlarımıza "hökm" oxundu

Girovlarımıza "hökm" oxundu
17:51 29 Dekabr 2014
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Xankəndidə kəlbəcərli girovlarımızla bağlı son “məhkəmə” iclası keçirilib.

ANS PRESS-in məlumatına görə, hakim Anadolu Tadevosyan iclasda yekun "hökmü" oxuyub. "Məhkəmə"nin qərarıyla Dilqəm Əsgərova ömürlük həbs cəzası verilib. Şaxbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, yaxınlarının məzarını ziyarət etmək üçün doğma kəndlərinə getmiş Şahbaz Quliyev, Dilqəm Əsgərov iyulun 11-də Kəlbəcərdə girov düşüb. Həsən Həsənov isə saxlanılarkən öldürülüb.

Ermənilər saxlanılan şəxsləri diversant kimi təqdim edir. Xankəndində Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində "məhkəmə" qurulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR